Bakı, 18 noyabr, AZƏRTAC “Sumqayıt kağız emalı zavodu” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.Agentlikdən AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton olacaq karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.