Azərbaycan bp ilə enerji layihələrinin inkişafını müzakirə etdi

Azərbaycan və bp şirkəti arasında birgə enerji layihələrinin inkişafı müzakirə olunub.

Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

Görüşdə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" və "Qarabağ" layihələrinin inkişafı, BP-nin enerji infrastrukturunun elektrikləşdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.