Aparıcı Kazım Sübhan həmkarı Vüsalə Əlizadənin prodüserlərlə bağlı açıqlamasına münasibət bildirib.
O, müğənni gündəminin toyların sayı ilə ölçüldüyün, buna görə də əksəriyyətin özünə prodüser deyil, menecer axtardığını vurğulayıb:
“Prodüser ideya gətirəndir, maraqlı ideya təklif və həmin ideyanı icra edəndir. Əgər bu gün dediyin kimi, prodüser yoxdursa, bunun səbəbi şou-biznesdə aktual olmaması ilə əlaqədardır. Tələbat olmayan sahə heç vaxt inkişaf edə bilməz”.(yenisabah)