Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1107 (Cild I); 2024, № 1, maddə 97; 2025, № 6, maddə 597) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nun 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:“6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:6.1. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu;6.2. Nizami Gəncəvi Mərkəzi.”.2. Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll etsin. Əli ƏsədovAzərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2026-cı il№ 388