Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Maliyyə Nazirliyinin rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu”nun iclası keçirilib.AZƏRTAC xəbər verir ki, maliyyə naziri Sahil Babayev Prezident İlham Əliyevin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə yaradılmış “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) dövlət maliyyəsinin idarə olunması proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini, maliyyə məlumatlarının inteqrasiyasını, əməliyyatların avtomatlaşdırılmasını və məlumat əsaslı qərarvermə imkanlarının genişləndirilməsini hədəflədiyini deyib.Nazir qeyd edib ki, ötən dövr ərzində RDMİS-nin formalaşdırılması və inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, sistemin əsas komponentləri üzrə yeni funksional imkanlar yaradılıb, mövcud informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir texnologiyaların tətbiqi idarəetmə proseslərinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, məlumatların inteqrasiyasına və qərarların daha çevik, operativ və analitik əsaslarla qəbul edilməsinə imkan yaradır. Eyni zamanda, mövcud sistemlərin funksional imkanlarının davamlı şəkildə təkmilləşdirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və texnoloji infrastrukturun dayanıqlığının təmin edilməsi qarşıda duran əsas prioritetlərdəndir.İclasda nazirliyin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr, əldə olunan nəticələr və növbəti mərhələdə görüləcək işlər barədə təqdimat nümayiş etdirilib, bir sıra informasiya sistemlərinin fəaliyyəti real sistemlər üzərində təqdim olunub.Bildirilib ki, RDMİS çərçivəsində hazırda 7830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 min 819-a çatıb. Sistem 19 qurumla inteqrasiya olunub və 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, “e-müqavilə” altsistemi üzrə indiyədək 1525 satınalan təşkilat və 3324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 min 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb. Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib, eləcə də 14 bank sistemə qoşulub.Xəzinədarlıq sahəsində yeni Xəzinədarlıq İnformasiya Sisteminin qurulması istiqamətində görülən işlər, ödənişlərə dair müqavilələrin elektron uçotu, sənədlərin elektron emalı və çoxsaylı kreditorlar üzrə əməliyyatların aparılmasına imkan verən mexanizmlər diqqətə çatdırılıb. İclasda “e-mühasibat”, Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi, Büdcə Məlumat İdarəetmə Sistemi, investisiya layihələrinin ekspertizası sistemi, “e-rüsum” və Mərkəzləşdirilmiş Daxili İdarəetmə Portalı üzrə görülmüş işlər və tətbiq olunan yeni funksionallıqlar barədə də məlumat verilib. İşçi Qrupun iclasında qarşıda duran vəzifələr də müzakirə olunub. Bu çərçivədə informasiya sistemləri arasında inteqrasiyaların tamamlanması, məlumat axınlarının vahidləşdirilməsi, yeni funksional modulların hazırlanması, hesabatlılıq və analitika imkanlarının genişləndirilməsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də istifadəçilərin təlimatlandırılması və sistemlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.Nazir Sahil Babayev müvafiq istiqamətlər üzrə görüləcək işlərin əlaqələndirilməsi, layihələrin icra vəziyyətinin monitorinqi və müəyyən edilmiş prioritet tapşırıqların vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayaraq aidiyyəti üzrə tapşırıqlar verib.
Bu gün
2149 xəbər bu gün
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-nin Nyu-York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan "Times" meydanındakı böyük reklam…
İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Erlinq Holandı transfer etmək istəyir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, hesabat dövründə yük…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Heydər…
Bəzi universitetlərdə müəllimlərin əməkhaqqının orta məktəb müəllimlərinin məvacibindən aşağı olması ali təhsil sahəsində əməkhaqqı sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Deputat Ceyhun…
Müasir dövrdə siyasət artıq təkcə rəsmi kabinetlərdə, diplomatik masalar arxasında deyil, həm də milyonlarla insanın gündəlik izlədiyi ekranlarda, sosial şəbəkələrdə baş verir. Ənənəvi medianın sərhədlərini aşan dünya…
В 2027 году в Баку впервые пройдет баскетбольный чемпионат Европы среди спортсменов не старше 20 лет. Соответствующее решение принято на заседании Совета правления ФИБА Европа в Гамбурге. Это будет чемпионат Европы U-20…
"Turan Tovuz" Misli premyer-liqasının 12-ci turunda səfərdə "Şamaxı"nı məğlub etdi - 2:0. "Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin…
“Şəfa”nın futbolçusu Elnur Cəfərov Misli premyer-liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilib. Futbolçuya mükafat 12-ci turda keçirilən “Şəfa” - “Qəbələ” matçından əvvəl təqdim olunub. Mükafatı Peşəkar…
“İranda 45 milyon türk yaşayır və bu əhali ciddi təzyiq altındadır. Buna görə də Cənubi Azərbaycan məsələsi çox vacibdir. İran bir tərəfdən türklərə təzyiq edərkən, digər tərəfdən gizli şəkildə PKK/KCK-nın İran qolu olan…
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə fəaliyyətə başladığı gündən etibarən heç bir kadr dəyişikliyi həyata keçirməyib. Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat…
ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. IRIB-yə istinadən, bunu İran xarici işlər nazirinin hüquq…
Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna…
Bakı, 21 noyabr, AZƏRTACDanimarka Avropa İttifaqı (Aİ) ölkələrini “Rusiya ilə qarşıdurmada Avropanın gücünü nümayiş etdirən konkret addımlar atmağa” çağırıb. Kopenhagen Rusiya vətəndaşlarına turist vizalarının…
Bakı, 21 noyabr, AZƏRTAC Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.Azərbaycan…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Yenicag.az…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə...
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı…
Bakıda evdə meyit tapılıb. Hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Zaqatala rayon sakini 49 yaşlı Novruz Burca oğlu Sulxayevin meyiti kirayə yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq…
Hörmüz boğazının şərq hissəsində tanker dəniz minasına düşüb. İRİB-ə istinadən, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir. "Bu gün günortadan sonra bir neft tankeri edilən…
“Paşinyan növbədənkənar seçkilərdə də hazırkı nəticələrindən də yaxşı göstərici əldə edəcəyinə, hətta parlamentdə konstitusyon üstünlüyə nail olacağına inanır...” Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a…
Bişkek məhkəməsi 2024-cü ildə baş vermiş helikopter qəzası işi çərçivəsində Qırğızıstan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq rəhbəri Qılıçbek Aydarəliyev və hərbi hissənin keçmiş komandiri Daniyar Davitaxunov barəsində…
Ağdam. Trend: Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150…
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb. Görüş Şanxay Əməkdaşlıq…
Почти половина жителей Германии выступает за сокращение или полное прекращение помощи Украине. Об этом свидетельствуют обнародованные в субботу, 21 ноября, результаты нового опроса социологического института...
Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən…
Азербайджанский дзюдоист Давуд Намазлы завоевал бронзовую медаль молодежного чемпионата мира, который проходит в Ташкенте (Узбекистан). Как передает Day.Az со ссылкой на İdman.biz, в поединке за третье место в весовой…
Azərbaycan millisinin üzvü Davud Namazlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatının bürünc medalını qazanıb. İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan…
Австралийские физики впервые передали осмысленное сообщение сквозь кирпичную стену, использовав в качестве носителя гравитационное поле. Команда из Университета Квинсленда описала эксперимент в журнале Science Advances…
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Görüş Şanxay Əməkdaşlıq…
Alyans
Futbolçu
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.
Dövlət büdcəsinin nəticələrə əsaslanan idarə olunması və fəaliyyət auditinin reallaşdırılması dövlət sektorundakı islahat prosesləri ilə uyğunlaşdırılmalı, bu alətlər dövlət vəsaitlərinin effektiv xərclənməsinə və…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım edib. Bizim.Media həmin paylaşımı təqdim edir: View this post on…
Milyarder Tatyana Kim “Wildberries” şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Aleksey Kulikov Kimi “Wildberries” MMC-nin baş direktoru vəzifəsində əvəz…