Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I); 2024, № 2, maddə 236, № 5 (II kitab), maddə 575, № 7, maddə 910; 2025, № 4 (II kitab), maddə 424, № 7, maddə 697; 2026, № 1, maddə 78; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 oktyabr tarixli 324 nömrəli və 15 oktyabr tarixli 342 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin 22-ci və 23-cü bəndləri aşağıdakı redaksiyada verilsin: Azıx mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Azıx kəndi Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi 2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə: 2.1. “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə aşağıdakı məzmunda 483-1-ci bənd əlavə edilsin: 483-1. Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq 2012-2013-cü illər Quba şəhəri, Nəriman Nərimanov küçəsi, 1A 2.2. “Arxeoloji abidələr” bölməsi üzrə: 2.2.1. “Astara rayonu” hissəsinə aşağıdakı məzmunda 830-1-ci bənd əlavə edilsin: 830-1. Əlişa qala kompleksi e.ə. IV - e. XVI əsrlər Alaşa kəndi 2.2.2. “Quba rayonu” hissəsinə aşağıdakı məzmunda 1399-1-ci bənd əlavə edilsin: 1399-1. Xatirə abidəsi – kütləvi məzarlıq 1918-ci il Quba şəhəri, Nəriman Nərimanov küçəsi, 1A 3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə:3.1. “Memarlıq abidələri” bölməsi üzrə:3.1.1. “Gəncə şəhəri” hissəsinə aşağıdakı məzmunda 3990-1–3990-3-cü bəndlər əlavə edilsin: 3990-1. Yaşayış evi XIX əsr Hacıkənd qəsəbəsi 3990-2. Yaşayış evi XIX əsr Heydər Əliyev prospekti, 353 3990-3. Yaşayış evi XIX əsr İsrafil Məmmədov küçəsi, 50 3.1.2. “Sumqayıt şəhəri” hissəsinə aşağıdakı məzmunda 3993-1-ci və 3993-2-ci bəndlər əlavə edilsin: 3993-1. Hacı Məcid hamamı XVI əsr Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 3993-2. Hacı Əmrulla hamamı XVII əsr Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 44A 3.1.3. “Qazax rayonu” hissəsinin 4533-cü bəndi ləğv edilsin. Əli ƏsədovAzərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2026-cı il№ 387