FHN-dən əməliyyat:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, keçirilən tədbirlər nəticəsində 3 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib və 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.