İspaniyanın "Real" (Madrid) klubu İtaliyanın "Komo" komandasının futbolçusu Niko Pası geri qaytarmaq niyyətindədir.
COPE-yə istinadən, Madrid təmsilçisi yetirməsinin qayıdışı üçün gələn yay 80 milyon avro ödəməyə hazırdır.
Ötən mövsümlərarası fasilədə "Komo" 22 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını "Real"dan 60 milyon avroya alıb. Buna qədər İtaliya klubu oyunçunu 6 milyon avroya icarəyə götürmüşdü.
Qeyd edək ki, cari mövsümdə N.Pas A Seriyası və UEFA Çempionlar Liqasında 14 matçda meydana çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.