Ötən il sentyabrın 4-dəki qiymət - Azərbaycanda qızıl bu qədər ucuzlaşdı…

Noyabrın 20-də Azərbaycanın Mərkəzi Bankı 1 unsiya qızıla 6005.5730 manat qiymət qoyub.

Medianews.az bildirir ki, bu, qızılın qramının 193 manat olması deməkdir və 2025-ci ilin sentyabr ayının 4-dən sonrakı dövrdə ən aşağı qiymətidir.

2025-ci ilin sentyabr ayının 4-də qızılın rəsmi qiyməti 6005.0630 manat olub.

1 unsiya 31,1 qrama bərabərdir.

2026-cı ilin ilk iş günündə 1 unsiya qızılın rəsmi qiyməti 7488,6530 manat olub. Fevral 7950,7215, mart 9104,6985, aprel 7950,8490, may 7834,7050, iyun 7675,2960, iyul 6759,4465, avqust 6907,8565, sentyabr 7525.0245, oktyabr 7106.1105, noyabr 6634.3605 manatla başlayıb.