Gürcüstanda matəm elan edildi

Kvemo Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-də Gürcüstanda matəm günü elan edilib.

Hökumətin qərarı ilə matəm günündə Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək.

Noyabrın 19-da Poniçalada yaşayış binasında baş verən qaz partlayışı dağıntılarla nəticələnib. Hadisə nəticəsində altı nəfər həlak olub, beş yaralı isə klinikalara yerləşdirilib.