Ehtiyac meyarı 14 manat artacaq

2027-ci ildə Azərbaycanda ehtiyac meyarının 314 manat məbləğində müəyyənləşdirilməsi təklif olunur.

Bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində bildirilib.

Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq olunur.

Layihəyə əsasən, qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ səsə qoyukaraq birinci oxunuşda qəbul edilib.