U-17 millimiz Litva ilə heç-heçə etdi

Azərbaycanın U-17 milli komandası Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti oyuna çıxıb.

Sözügedən komanda Litva ilə qarşılaşıb.

Matç qollu bərabərliklə başa çatıb - 1:1. Azərbaycan millisinin heyətində 65-ci dəqiqədə Rəsul Balakişiyev fərqlənib.

U-17 bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabıyla uduzub.

Azərbaycan yığması hazırda qrupda 1 xalla sonuncudur.