Milli Məclis (MM) Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib. Bununla bağlı 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil olan Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Sənədə əsasən, saatlıq əməkhaqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda, eləcə də həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunur.Büdcədən maliyyələşdirilən müəssisələrdə müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, saatlıq əmək haqqının tətbiqinə yol veriləcək. Natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.Saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınmalı və ödənilməlidir.Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilməlidir.Bundan başqa, qanun layihəsinə əsasən, əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.Nəticə etibarilə əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin əmək ödənişlərinin uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla əvəz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.Bundan başqa, dəyişikliklə əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir.Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.***Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri I oxunuşda qəbul edilib. Gələn il yaşayış minimumu və ehtiyac meyarının 314 manat olması təklif edilir.Qanun layihəsinə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən olunur.Qanun layihələri qəbul olunduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Sənədlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.***Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib. 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8 % çox) olması proqnozlaşdırılır.Xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.***Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib. 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.Xərclərin 9 milyard 220,5 milyon manatının (10,8 % çox) DSMF-nin gəlirlərinin, 52 milyon manatının (67,5 % az) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.***Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib. Gələn il büdcənin gəlirləri bu ilə nisbətən 1,7 % çox - 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə yenə də 1,7 % çox - 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7 % azdır.***
Bu gün
3790 xəbər bu gün
Temu Avropa İttifaqının ciddi ittihamları ilə üzləşib. Avropa Komissiyası platformada qanunsuz və təhlükəli məhsulların satışının qarşısını almaq üçün kifayət qədər tədbir görülmədiyini açıqlayıb. Komissiyanın ilkin…
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilib. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən verilən məlumata görə, Azərbaycan…
Azərbaycanın U-21 millisi Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan görüş Rəşad Eyubovun komandasının 4:2 hesablı qələbəsi ilə başa…
Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar noyabrın 17-də yerli vaxtla saat…
Bakı, 17 noyabr, AZƏRTAC Süni intellekt tarixi araşdırmaların aparılma üsullarını tədricən dəyişir. Bu texnologiya böyük həcmli arxiv materiallarını təhlil etməyə, əvvəllər diqqətdən kənarda qalmış əlaqələri aşkara…
Serbiyanın “Aleksandar Vuçiç – Serbiya qalib gəlir” parlament qrupunun rəhbəri Aleksandar Vuçiç parlamentin fəaliyyətinə və yeni hökumətin formalaşdırılmasına mane olmayacaqlarını bəyan edib. O bu barədə Serbiya…
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb. Yenicag.az-ın məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə…
Avropada həddindən artıq turizmə etiraz edən sakinlər ən arzuolunmaz turistlər kimi britaniyalıları göstəriblər. Bu barədə “Weekend Argus” nəşri məlumat yayıb. Bildirilib ki, bu fikri hər...
Kişineu istiqamətində hərəkət edən
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib.
Oxu.Az-a istinadla, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Sultan Rəsulov ona ünvanlanan sualları cavablandırıb. O, ifadəsində bildirib: "Mən…
ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşüb.
Rusiyada faciəli şəkildə həlak olan Azərbaycan vətəndaşı Vüqar İsmayılovun nəşi Vətənə gətirilib.
Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb. Qəza zamanı 2…
Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişə 28 min nəfər qatılıb. Bu barədə “Le Parisien” qəzeti paytaxt polis prefekturasına istinadən məlumat yayıb. Aksiya başa çatdıqdan sonra polis…
Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Qeyd edək ki…
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 maqnitudada zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar 13, 61 km dərinlikdə qeydə alınıb. Bizim.Media
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur “VİVANT” serialının ikinci…
İrəvandakı Göy məscidlə bağlı İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin son açıqlaması Tehranın Azərbaycanın mədəni irsinə münasibətini yenidən gündəmə gətirib. Əslində, bu məsələnin kökləri daha dərinə, Ermənistan…
Великобритания предоставит Украине новый пакет военной помощи на £240 млн, в который войдут более 1000 ракет малой дальности для ПВО, пусковые установки и свыше десятка...
Иран готов задействовать свои технические и инженерные возможности в крупных энергетических проектах, в том числе в строительстве нефтеперерабатывающего завода (НПЗ) в Армении.
В Кюрдемире произошел сильный пожар в частном жилом доме. Со ссылкой на Qafqazinfo, происшествие было зарегистрировано в селе Еникенд района.
Mariya Zaxarova
Toqquşma
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi…
ABŞ-də binanın damına yerləşdirilən məktəb avtobusu maraq doğurub. "Sözçü" qəzetinə istinadən, Missuri ştatının Sent-Luis şəhərində yerləşən “City Museum”un damındakı sarı avtobus qeyri-adi görünüşü ilə diqqət çəkir…
Samuxda baş verən qəzanın bəzi təfərrüatları bilinib. Hadisə Qədili kəndi ərazisində qeydə alınıb. "Niva" markalı avtomobilin aşması nəticəsində ölən və xəsarət alan şəxslərin Daşkəsən rayon sakinləridir. Həmin şəxslər…
İranın Abdanan şəhərində neft şirkətinin işçilərini daşıyan avtobusun aşması və 13 nəfərin həlak olması kütləvi etirazlara səbəb olub. Hadisədən sonra şəhər sakinləri küçələrə çıxaraq hökumət əleyhinə şüarlar…
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb. Bu barədə sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, 1949-cu…
“Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qısa müddətli işlərdə çalışan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə, işlədikləri saatlara uyğun ödəniş almalarına və…
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan noyabr ayında birgə müdafiə əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni görüş keçirməyi planlaşdırırlar
Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Ukrayna ərazisində yerləşdiriləcək istənilən xarici hərbi kontingent Rusiya Silahlı Qüvvələrinin qanuni hərbi hədəfi hesab olunacaq
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə ərazidəki…
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi…
Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. İraqın U-20 kollektivi ilə qarşılaşan yığma rəqibi ilə bərabərə…
Bakı, 17 noyabr, AZƏRTACABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ştatların kənd təsərrüfatı nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik…
Bakı, 17 noyabr, AZƏRTACUşaqlar rəqəmsal texnologiyalar üzrə mütəxəssisə çevrilmir və ya rəqəmsal müdrikliyi avtomatik qazanmırlar. Hər bir bacarıq kimi, bunu da öyrənmək və məşq etməklə mənimsəmək lazımdır. Lakin bütün…