Lənkəranda ev yanıb

Lənkəranda yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər mərkəzində, Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Yanğın ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evində baş verib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Küləkli hava alovun sürətlə yayılmasına şərait yaradıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.

Məlumata görə, evdə üç ailə yaşayıb. Yanğın zamanı evdə olan 5 böyük və 3 azyaşlı olmaqla, ümumilikdə 8 nəfər xilas edilib.

Alovun qısa müddətdə bütün evi bürüməsi səbəbindən sakinlər əşyalarını götürə bilməyiblər.