Pike onun müdafiəsinə qalxdı

“Andorra”nın sahibi və “Barselona”nın keçmiş oyunçusu Jerar Pike qapıçı Jesus Ovonoya verilən cəzanın həddindən artıq sərt olduğunu düşünür.

Pike “Tenerife”nin hücumçusu Jesus de Miquelin ölümünə səbəb olan hadisənin təsadüf olduğunu düşünür.

“Xesus Ovononun 12 oyunluq cəzası faktiki olaraq onu, məsuliyyət daşımadığı nəticələrə görə günahlandırır. Cəza nəticələrə deyil, hərəkətin özünə əsaslanmalıdır. 2012-ci ildə Viktor Valdeslə çox oxşar vəziyyətdə qarşılaşdım və bu, onu günahkar etmirdi.

Daha ciddi bir şey baş versəydi, yenə də günahkar olmazdı. İnsanların tez-tez kimisə günahlandırmasına ehtiyacı var, əks halda, futbol meydançasında niyə belə şeylərin baş verdiyini başa düşə bilmirik. Bu, bədbəxt hadisə idi”, – Pike sosial mediada paylaşdığı video mesajda bildirib.