Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb.

Media Oxu.az-a istinadən, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib.

Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həkim açıqlamasında iddiaları təkzib edib:

"Əgər indi diriyəmsə, deməli, xəbər doğru deyil. Belə bir hadisə baş verməyib, yazılanlar yalandır", - deyə o bildirib.