Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib.
Bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib.
"Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm və hesab edirəm ki, onu başqasına təhvil verməyin vaxtı çatıb", - O'Sallivan bildirib.
RTÉ-nin məlumatına görə, Avropa Komissiyası artıq onun xələfini axtarır.
O'Sallivan bu vəzifəyə 2022-ci ilin dekabrında təyin edilmişdi. O, Rusiyaya qarşı Aİ sanksiyalarından yayınma hallarının qarşısının alınması məsələləri üzrə üçüncü ölkələrin hökumətləri ilə danışıqlar aparırdı.
Əvvəllər diplomat Aİ-nin ABŞ-dəki səfiri, Avropa Xarici Əlaqələr Xidmətinin baş əməliyyat direktoru və Avropa Komissiyasının baş katibi vəzifələrində çalışıb.