Ağdam Dövlət Dram Teatrının aktyoru Kərim Xançoban vəfat edib.
O, 63 yaşında dünyasını dəyişib.
Mərhum 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti vəzifəsində çalışıb.
Qeyd edək ki, Kərim Xançoban illər əvvəl ANS televiziyasında yayımlanan "Qulp" verilişindəki çıxışları ilə izləyicilərin sevimlisinə çevrilmişdi.