Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 16-da parlamentin payız sessiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 11 məsələ daxildir. Bunlardan 8-i 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir.Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə danışan Milli Məclisin sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verib. Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. Bildirilib ki, ümumi həcmi 89,4 milyard dollara çatan strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da dəstəkləyir. Eyni zamanda, maliyyə təhlükəsizliyinin yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunduğu qeyd edilib. Komitə sədri bildirilib ki, 2027-ci ilin büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülüb. Qeyd olunub ki, büdcə layihəsində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən dövlət investisiyalarına 5,3 milyard manat vəsait nəzərdə tutulması fiskaldayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir. Növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulda payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Həmçinin, diqqətə çatdırılıb ki, post-müharibə dövrünü yaşamış digər ölkələrdən fərqli olaraq, dövlətimiz Böyük Qayıdış proqramını yalnız özü maliyyələşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020-2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə 3,4 milyard manat nəzərdə tutulur.Onun sözlərinə görə, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da güclənəcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bununla yanaşı, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə 8,9 milyard manat yönəldiləcək.Sonra maliyyə naziri Sahil Babayev çıxış edərək “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.Diqqətə çatdırılıb ki, 2027-ci il üçün ÜDM-in 2,7 faiz artımla 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizi, yaxud 109,1 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılır.Maliyyə nazirinin sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsində növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz az olmaqla 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərdəndir. 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Sonra Sahil Babayev dövlət və icmal büdcələrin gəlir və xərcləri barədə məlumatı təqdim edib.Nəzərə çatdırılıb ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat həcmində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6,9 milyard manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3 faizii həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödənişli xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək.Bildirilib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. Nazir 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası dövründə iqtisadiyyatda kəmiyyət artımı ilə yanaşı, keyfiyyət dəyişikliklərinin də baş verdiyini söyləyib. Nəzərə çatdırılıb ki, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyd edilib ki, ölkə iqtisadiyyatı ümumi daxili məhsulla yanaşı,ümumi milli gəlirin artımı ilə də xarakterizə olunur. Belə ki, hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə dəyər və əlavə gəlir mənbəyinə çevrilir. Habelə, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyi söylənilib, bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsi kimi dəyərləndirilib. Bununla yanaşı, qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorlarının artımın aparıcı sahələrinə çevrildiyi qeyd olunub.Nazir Milli Məclisə təqdim edilən dövlət büdcəsi paketinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan əsas hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək bildirib ki, illik inflyasiya hədəf diapazonu səviyyəsindədir. Proqnozlara görə, növbəti ildə ölkədə ÜDM-in 2,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağı gözlənilir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli qalması valyuta bazarında tarazlıqla müşayiət olunub. Növbəti ildə də xarici sektor üzrə əlverişli mövqenin qorunacağı, cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 5,4 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayında 4,1 faiz artaraq 88,6 milyard ABŞ dollarına çatıb.Qeyd olunub ki, son 1 ildə əmanətlərin dollarlaşma səviyyəsi rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq oktyabrda 25,2 faizə, qeyri-rezident fiziki şəxslər üzrə isə 6,1 faiz bəndi azalaraq 54,1 faizə düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ilin 10 ayında 3,9 milyard ABŞ dolları və ya 34 faiz artaraq 15,4 milyard ABŞ dollarına çatıb. Bu da Azərbaycanın müstəqillik tarixində maksimal səviyyədir.Bildirilib ki, 2026-cı ilin 10 ayında bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 16,5 faiz və likvidliyin örtülmə əmsalı 153 faiz olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib.Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib.Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. O, layihənin mühüm xüsusiyyətlərinə diqqət çəkərək qarşıdakı ilin dövlət büdcəsini neft asılılığının azaldılması baxımından dönüş nöqtəsi və eyni zamanda hərbi, sosial, investisiya xərclərinin optimal sintezi kimi xarakterizə edib.Palata sədri diqqətə çatdırıb ki, “Büdcə zərfi”nə daxil olan sənəd və göstəricilər qanunvericiliyə uyğun hazırlanıb, büdcə parametrləri əsasən düzgün və etibarlı təqdim edilib. O, həmçinin layihənin ölkənin fiskal dayanıqlığının qorunması və dövlət maliyyəsinin səmərəli idarə olunması baxımından əlverişli çərçivə yaratdığını vurğulayıb.Palata sədri çıxışında xərclərin səmərəli planlaşdırılması, büdcə və maliyyəhesabatlığı ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini diqqətə çatdırıb.2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək. 11:00 Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.Üç gün davam edəcək plenar iclasın gündəliyinə aşağıdakı 10 məsələ daxil edilib:1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);6. Mülki Prosessual Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);7. Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəlləsində, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);8. Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);9. Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;10. Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. Fotoqraf - Aydın Məmmədov
Bu gün
3519 xəbər bu gün
"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. Xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin…
Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nda dəyişiklik…
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Oxu.Az-a istinadən, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib. Əcnəbi turistləri daşıyan…
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya…
“Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək”. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, həmçinin Avropa İttifaqının danışıqlarda…
Azərbaycan 2-ci liqasında 11-ci turun oyunları keçirilir. Ikinci oyun günündə 3 matç keçirilib. Tura sabah keçiriləcək “Dinamo” - “Şəmkir” görüşü ilə yekun vurulacaq. 16 noyabr 14:00. “Zəngəzur” - “Hypers” - 2:2 Qollar…
ABŞ Prezidenti Donald Tramp ölkəsinin iqtisadi göstəricilərinə görə dünyanın bütün dövlətlərini böyük fərqlə qabaqladığını iddia edib. Tramp bununla bağlı Ağ Evin qarşısında jurnalistlərə açıqlaması zamanı bildirib. ABŞ…
Milliön ödəniş terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal qaydada təsdiqlənməsi tələb olunacaq. Yeni qayda ödənişlərin təhlükəsizliyinin artırılması və…
Fransanın populist “Rekonkista” partiyasının lideri Erik Zemmur 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb. O, beş il ərzində ölkədəki immiqrantların sayını 2 milyon nəfər…
Xalq artisti Murad Adıgözəlzadə və müğənni Aysel Teymurzadənin qızı Leyla rəqs yarışmasına qatılıb. Bu barədə Aysel sosial şəbəkə hesabında paylaşım edib. O, qızının yarışmadakı çıxışından görüntüləri izləyiciləri ilə…
Axşam yeməyində balıq yemək yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Xüsusilə qızılbalıq tərkibindəki zülal, omeqa-3 yağ turşuları və D vitamini sayəsində daha rahat yatmağa kömək edə bilər. Diyetoloq Sem Siqel…
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin ikitərəfli görüşünə hazırlıq müzakirə olunur. Rusiya mediasına istinadən, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə…
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb. Moderator.az-ın xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının…
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib. 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə…
Xaçmaz rayonunun Ləcət kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Asim Muradxanovun dəfn mərasimi keçirilib. Mərasimdə…
Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata…
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500…
Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.
“Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib. Bu barədə “Aroportist” aviasiya portalı məlumat yayıb. Məlumata…
Mağaza və xidmət obyektlərində qiymətlərin göstərilməməsi və ya xarici valyutada təqdim olunması sahibkarlar üçün ciddi cəriməyə səbəb ola bilər. Bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz…
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib. 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb. Məhəmmədəli Aşırəliyev…
Pakistan ABŞ və İran arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş diplomatik səylərini davam etdirir. "Dawn" nəşrinə istinadən, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar…
Avropa nümayəndələrinin Ukrayna üzrə danışıqlarda iştirakı məsələsini yalnız onlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz istək və təklifləri barədə aydın şəkildə bildirdikdən sonra qaldırmaq mümkün…
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda, 2026-cı ilin ilk doqquz ayında ölkənin həm xarici, həm də daxili dövlət borcunun həcmində azalma qeydə alınıb.
"Azenco" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 3 milyon 700 min manat mənimsəməkdə ittiham olunan keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 16-da parlamentin payız sessiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.Parlamentin sədri Sahibə…
Budapeşt, 16 noyabr, AZƏRTAC Şimal qütbü üzərində soyuq hava kütlələrini saxlayan qütb burulğanı bu il əvvəlki rekord göstəricidən iki həftədən də çox tez dağılıb.AZƏRTAC xəbər verir ki, Avropa Orta Müddətli Hava…
Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb. Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Azarkeşlər qarşılaşmanı 2, 3, 5,…
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanını istisna etmədiyini bildirib. O, bu barədə Ağ evi tərk edərək Alyaskaya yola düşərkən jurnalistlərə…
Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb. Hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev...
Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.
Rusiyada Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub.
Российская экономика продолжает расти вопреки внешнему давлению, отметил премьер-министр.
Новый раунд переговоров по урегулированию войны в Украине планируют провести в трехстороннем формате, а вопрос об участии Европы Москва готова рассмотреть после получения от европейских...
Глава МИД Польши Радослав Сикорский назвал отказ Европы от российских нефти и газа самой масштабной санкцией против Москвы, поскольку переориентация экспорта на другие рынки не...
23 ноября в Оперной студии Бакиснкой музыкальной академии имени Узеира Гаджибейли состоится особенный музыкальный вечер - проект известного музыканта Тофига Джаббарова "Gələcəyə Qayıdış". Как передает Day.Az, об этом…
2026-cı ilin yanvar-sentyabr aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306,1 milyon dollar təşkil edib. AZƏRTAC Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, hesabat dövründə…
В Китае огромный каменный валун упал на легковой автомобиль с людьми. Как передает Day.Az, об этом сообщает Telegram-канал SHOT. Инцидент произошел в провинции Сычуань. Peugeot 308 стоял в пробке, когда на него сверху…
Andrey Sibiqa
Donald Tramp
Mingəçevir
Türkiyənin Ayvalık bölgəsində içərisində 11 sərnişin olan marşrut avtobusu yoldan çıxaraq dənizə aşıb. Buna səbəb sürücünün sükan arxasında insult keçirməsi olub.
Bu gün Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON…
İşçilərin davranışında psixikaya təsir göstərən maddənin təsiri altında olmalarına dair əsaslı şübhə yarandıqda onların dərhal narkoloji müayinədən...