Rusiyada azərbaycanlı sürücü qəzaya düşdü: Xəsarət alanlar var

Rusiyada Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını minik avtomobili ilə toqquşub.

Oxu.az-a istinadən, hadisə Volqoqrad vilayətinin Mixaylovski rayonunda qeydə alınıb.

Azərbaycan vətəndaşı olan 32 yaşlı sürücünün idarə etdiyi "Volvo" markalı yük maşını minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan dörd Rusiya vətandaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.