Aİ Ukrayna ilə bağlı danışıqları burada keçirmək istəyir

Avropa İttifaqı Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar raundunun Avropa ölkələrindən birində keçirilməsini təklif edir.

Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Bildirilib ki, görüşün İsveçrənin Cenevrə şəhərində, Norveçdə və ya Türkiyədə keçirilməsi variantları nəzərdən keçirilir.

Nəşrə görə, Avropa müttəfiqləri mümkün təhlükəsizlik təminatları ilə bağlı variantları müzakirə etməyə hazırdırlar.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edib.