Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının üzvləri əmindir ki, bu sənəd ölkələr arasında yeni əməkdaşlıq imkanlarının inkişafına xidmət edəcəkdir.
Dublin şəhərində imzalanmış bu mühüm sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsi, ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunun artırılması və beynəlxalq əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimada, ortaq maraqlara və konstruktiv əməkdaşlığa əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm strateji çərçivə yaradır.
Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadi inkişaf, enerji, təhsil, elm və innovasıya sahələrində əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulması Azərbaycanın çoxşaxəli və uzaqgörən xarici siyasətinin növbəti təzahürüdür. Eyni zamanda, xalqlar arasında əlaqələrin, mədəni və humanitar əməkdaşlığın, təhsil mübadiləsinin və vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın inkişafına verilən önəm xüsusi təqdirəlayiqdir.
Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyası olaraq hesab edirik ki, dovlətlərarası münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəniyyət, təhsil, incəsənət və humanitar əlaqələr də mühüm rol oynayır. Bu sahələr xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, etimadın möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir. Irlandiyada fəaliyyət göstərən təşkilatımız Azərbaycan xalqının zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin, tarixinin və dövlətçilik ənənələrinin beynəlxalq səviyyədə tanıdılması, eləcə da Azərbaycan ilə İrlandiya arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. İnanırıq ki, Bəyannəmədə əksini tapan əməkdaşlıq prinsipləri beynəlxalq mədəni və humanitar əlaqələrin genişləndirilməsi üçün da yeni imkanlar yaradacaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor və mədəniyyət təşkilatlarının təşəbbüslərinə əlavə stimul verəcəkdir.
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü xarici siyasət, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ölkəmizin etibarlı tərəfdaş kimi tanıdılması istigamətində əldə olunan nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar və diaspor təşkilatları üçün də böyük qürur və məsuliyyət mənbəyidir. Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyası olaraq ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin və milli dəyərlərinin xarici ölkələrdə daha geniş tanıdılmasına yönəlmiş fəaliyyətimizi bundan sonra da yüksək məsuliyyət və vətənpərvərlik ruhu ilə davam etdirəcəyik. Bu əlamətdar diplomatik nailiyyət münasibətilə Sizi bir daha təbrik edir, Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü xarici siyasət, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ölkəmizin etibarlı tərəfdaş kimi tanıdılması istiqamətində əldə olunan nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar və diaspor təşkilatları uçun də böyük qurur və məsuliyyət mənbəyidir.
Darin hörmət və ehtiramla,
Tağıyev Əşrəf, İrlandiyada fəaliyyət göstərən Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Ashraf & Anna” Musiqi Məktəbinin təsisçisi və rəhbəri, İrlandiyada Azərbaycanın ictimai-mədəniyyət xadimi