2020-2025-ci illərdə Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən və ya onların iştirakı ilə 1883 cinayət törədilib.
Medianews.az-ın araşdırmasına görə, 2020-ci ildə 14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı 323, 2021-ci ildə 251, 2022-ci ildə 311, 2023-cü ildə 364, 2024-cü ildə 279, 2025-ci ildə 355 olub.
Beləliklə, 2025-ci ildə qeydə alınan cinayətlərin sayı 2020-ci illə müqayisədə 9,9 faiz çoxdur. Ən çox cinayət sayı 2023-cü ilə, ən aşağı say 2021-ci ilə aiddir. 2025-ci ildə 2024-cü illə müqayisədə 14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı 27,2 faiz artıb.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən cinayət hadisələrinin sayı, 2020-2025-ci illər
2020: █████████████████ 323
2021: █████████████ 251
2022: ████████████████ 311
2023: ███████████████████ 364
2024: ██████████████ 279
2025: ██████████████████ 355
2020-2025-ci illərdə Azərbaycanda 14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən 1883 cinayətin 265-i ağır və xüsusilə ağır cinayətlərdir.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən bu cür cinayətlərin sayı 2020-ci ildə 35 olub. 2021-ci ildə say 24-ə enib. 2022-ci ildə isə göstərici 57-yə qalxıb. 2023-cü ildə 46, 2024-cü ildə 41, 2025-ci ildə 62 ağır və xüsusilə ağır cinayət qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər baxımından 2025-ci ilin göstəricisi 2020-ci illə müqayisədə 77,1 faiz, 2024-cü illə müqayisədə 51,2 faiz çoxdur. Başqa sözlə, altı il ərzində ümumi cinayətlərin sayı təxminən 10 faiz çoxaldığı halda, ağır və xüsusilə ağır cinayətlərin sayı 77 faizdən çox artıb.
2020-ci ildə ağır və xüsusilə ağır cinayətlər bütün cinayətlərin 10,8 faizini təşkil edirdisə, 2025-ci ildə bu göstərici 17,5 faizdir.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı, 2020-2025-ci illər
2020: ███████████ 35
2021: ███████ 24
2022: █████████████████ 57
2023: ██████████████ 46
2024: ████████████ 41
2025: ███████████████████ 62
Ağır cinayətlərin ayrı-ayrı növləri üzrə göstəricilər də diqqət çəkir. Məsələn, qəsdən adam öldürmə və öldürməyə cəhd cinayətlərinin sayı 2020-ci ildə 7 olub. 2021-ci ildə də 7 hadisə qeydə alınıb. 2022-ci ildə 4-ə enib, 2023-cü ildə yenidən artaraq 8 olub. 2024-cü ildə 6 hadisə qeydə alınıb, 2025-ci ildə isə göstərici iki dəfə artaraq 12-yə çatıb.
Beləliklə, 2025-ci ildə qəsdən adam öldürmə və öldürməyə cəhd cinayətlərinin sayı 2020-ci illə müqayisədə 71,4 faiz, 2024-cü illə müqayisədə 100 faiz çox olub. Altı il ərzində bu kateqoriya üzrə ümumilikdə 44 cinayət qeydə alınıb.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən qəsdən adam öldürmə və öldürməyə cəhd cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: ███████████ 7
2021: ███████████ 7
2022: ██████ 4
2023: ████████████ 8
2024: █████████ 6
2025: ███████████████████ 12
Qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində kəskin artım müşahidə edilmir. 2020-ci ildə 18, 2021-ci ildə 11 belə cinayət qeydə alınıb. 2022-ci ildə say 20-yə qalxıb, 2023-cü ildə 15-ə enib. 2024-cü ildə 21 hadisə qeydə alınıb, 2025-ci ildə isə göstərici 19 olub. Altı ildə qəsdən sağlamlığa ağır zərər vurma kateqoriyası üzrə ümumilikdə 104 cinayət törədilib. 2025-ci ilin göstəricisi 2020-ci illə müqayisədə 5,6 faiz çoxdur.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: ████████████████ 18
2021: ██████████ 11
2022: ██████████████████ 20
2023: █████████████ 15
2024: ███████████████████ 21
2025: █████████████████ 19
Zorlama və zorlamaya cəhd cinayətləri ilə bağlı statistikada 2020 və 2022-ci illərin hər birində bir hadisə qeydə alınıb. 2021, 2023, 2024 və 2025-ci illərdə bu kateqoriya üzrə cinayət qeydə alınmayıb.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən zorlama və zorlamaya cəhd cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: █ 1
2022: █ 1
Yeniyetmələrin törətdiyi və ya onların iştirakı ilə törədilən cinayətlər arasında ən böyük kateqoriyanı oğurluqlar təşkil edir. 2020-2025-ci illərdə ümumilikdə 859 oğurluq qeydə alınıb. Bu, həmin dövrdəki 1883 cinayətin təxminən 45,6 faizidir.
2020-ci ildə 192 oğurluq qeydə alınıb. 2021-ci ildə say 140-a düşüb. 2022-ci ildə yenidən artaraq 149-a, 2023-cü ildə 164-ə çatıb. 2024-cü ildə kəskin azalma baş verib və göstərici 88-ə düşüb. 2025-ci ildə isə yenidən artaraq 126 olub.
2025-ci ildə oğurluqların sayı 2020-ci illə müqayisədə 34,4 faiz azdır. Bununla belə, 2024-cü illə müqayisədə 2025-ci ildə 43,2 faizlik artım var.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən oğurluq cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: ███████████████████ 192
2021: ██████████████ 140
2022: ███████████████ 149
2023: ████████████████ 164
2024: █████████ 88
2025: ████████████ 126
Dələduzluq cinayətləri üzrə dinamika digər kateqoriyalardan fərqlənir. 2020-ci ildə belə cinayət qeydə alınmayıb. 2021 və 2022-ci illərin hər birində bir hadisə baş verib. 2023-cü ildə dələduzluqların sayı kəskin artaraq 22-yə çatıb. 2024-cü ildə 10 hadisə qeydə alınıb, 2025-ci ildə isə yenidən sıfır olub.
Altı ildə qeydə alınan 34 dələduzluq cinayətinin 22-si, yəni 64,7 faizi 2023-cü ilin payına düşür. 2024-cü ildə əvvəlki illə müqayisədə dələduzluqların sayı 54,5 faiz azalıb.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən dələduzluq cinayətlərinin sayı, 2020-2025-ci illər
2021: █ 1
2022: █ 1
2023: ███████████████████ 22
2024: █████████ 10
Soyğunçuluq cinayətləri: 2020-ci ildə 5, 2021-ci ildə 4, 2022-ci ildə 8, 2023-cü ildə 10, 2024-cü ildə 4, 2025-ci ildə 6 hadisə qeydə alınıb. 2020-ci illə müqayisədə 2025-ci ildə artım 20 faizdir.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən soyğunçuluq cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: █████████ 5
2021: ███████ 4
2022: ███████████████ 8
2023: ███████████████████ 10
2024: ███████ 4
2025: ███████████ 6
Quldurluq cinayətlərində daha ciddi dəyişiklik müşahidə olunur. 2020-ci ildə bir belə cinayət qeydə alındığı halda, 2021-ci ildə onların sayı 4-ə, 2022-ci ildə 15-ə qalxıb. 2023-cü ildə 4, 2024-cü ildə 5, 2025-ci ildə 7 hadisə qeydə alınıb. 2025-ci ilin göstəricisi 2020-ci illə müqayisədə 7 dəfə çoxdur. Bununla belə, ən yuxarı göstərici 2022-ci ilə aiddir.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən quldurluq cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: █ 1
2021: █████ 4
2022: ███████████████████ 15
2023: █████ 4
2024: ██████ 5
2025: █████████ 7
Xuliqanlıq cinayətlərində altı il ərzində ciddi dəyişiklik olmayıb. 2020-ci ildə 15 belə hadisə qeydə alınıb. 2021 və 2022-ci illərdə 13, 2023-cü ildə 17, 2024-cü ildə 12, 2025-ci ildə yenidən 15 hadisə baş verib. Beləliklə, 2020 və 2025-ci illərin göstəriciləri eyni olub.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən xuliqanlıq cinayətlərinin sayı, 2020-2025-ci illər
2020: ████████████████ 15
2021: ██████████████ 13
2022: ██████████████ 13
2023: ███████████████████ 17
2024: █████████████ 12
2025: ████████████████ 15
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə gəlincə, 2020-ci ildə 7 belə hadisə qeydə alınıb. 2021-ci ildə göstərici 3-ə ensə də, 2022-ci ildə 11-ə, 2023-cü ildə 16-ya qalxıb. 2024-cü ildə kəskin azalaraq 4-ə düşüb, 2025-ci ildə isə yenidən artaraq 15-ə çatıb.
2025-ci ildə narkotik cinayətlərinin sayı 2020-ci illə müqayisədə 114,3 faiz, 2024-cü illə müqayisədə 275 faiz çox olub. Bu, ən nəzərəçarpan artımlardan biridir.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı, 2020-2025-ci illər
2020: ████████ 7
2021: ███ 3
2022: █████████████ 11
2023: ███████████████████ 16
2024: █████ 4
2025: ██████████████████ 15
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin sayı belədir: 2020-ci ildə 4, 2021-ci ildə 3, 2022-ci ildə 2, 2023-cü ildə 3, 2024-cü ildə 7, 2025-ci ildə 6. 2025-ci ilin göstəricisi 2020-ci illə müqayisədə 50 faiz çoxdur.
14-17 yaşlı uşaqların törətdiyi və ya onların iştirakı ilə törədilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin sayı, 2020-2025-ci illər
2020: ███████████ 4
2021: ████████ 3
2022: █████ 2
2023: ████████ 3
2024: ███████████████████ 7
2025: ████████████████ 6
Beləliklə, altı ilin statistikası yeniyetmələrin iştirakı ilə törədilən cinayətlərin strukturunda fərqli meyillərin olduğunu göstərir. Oğurluq cinayətləri ümumi say baxımından üstünlük təşkil etsə də, 2020-ci illə müqayisədə azalıb. Bunun əksinə olaraq, ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmə və öldürməyə cəhd hallarının, eləcə də narkotik cinayətlərinin sayında artım var.