Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda mikroavtobusun sürücüsü sükan arxasında infarkt keçirib. Nəticədə sərnişin dolu nəqliyyat vasitəsi dənizə düşüb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, sürücü və biri körpə olmaqla, 10 sərnişin dənizə düşən mikroavtobusdan çıxarılaraq xəstəxanaya çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.