İdmançılarımız Tbilisidən 23 medal gətirdi

Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.

Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Bildirilib ki, ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.