“Rabitəbank” ASC-yə məxsus “Capital Partners İnvestisiya Şirkəti” QSC 2026-cı ildə nizamnamə kapitalını 200 min manat və ya 50% artıraraq 600 min manata çatdırıb.
Bundan əvvəl, iyunun 22-də kapital 400 min manatdan 500 min manata çatdırılmışdı.
2007-ci ildə yaradılmış “Capital Partners”in səhmlərinin 100%-i “Rabitəbank”a məxsusdur. Şirkətin direktoru İkram Səfərəliyev, Müşahidə Şurasının sədri isə Zakir Nuriyevdir.
“Capital Partners” qiymətli kağızlarla əməliyyatlar, portfel idarəçiliyi, anderraytinq, investisiya məsləhətləri və marja ticarəti xidmətləri göstərir. Şirkət 2022-ci ildə Mərkəzi Bankdan investisiya xidmətləri üzrə lisenziya alıb və Bakı Fond Birjasının üzvüdür.
Şirkətin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 15.2% artaraq 53 min manat təşkil edib. İlin sonuna aktivləri 25.9% artaraq 998 min manata, balans kapitalı isə 8% artaraq 715 min manata çatıb. Öhdəlikləri 2.2 dəfə artaraq 283 min manat olub.
2026-cı ilin yanvarına balans kapitalının həcminə görə “Capital Partners” Azərbaycanın 12 investisiya şirkəti arasında 11-ci yerdə qərarlaşıb.