Moskvanın sülh şərtləri Aİ-ni qəzəbləndirdi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın sülh danışıqlarında irəli sürdüyü tələbləri “cəfəngiyat” adlandırıb.

Kallas bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva 2021-ci ildə, müharibədən əvvəl irəli sürdüyü tələbləri yenidən gündəmə gətirir və onlara yenilərini əlavə edir. Kallas hesab edir ki, bu, müharibəni davam etdirmək üçün açıq bəhanədir.

Aİ rəsmisi Rusiyanın razılaşmalara əməl etmədiyini vurğulayaraq, Moskvanın mövqeyində real dəyişiklik olduğunu göstərən konkret güzəştlər etməli olduğunu qeyd edib. O, danışıqlarda əsas prioritetin atəşkəs olmalı olduğunu vurğulayıb.

Aİ-nin sanksiyalar və dondurulmuş aktivlər kimi təsir vasitələrinə malik olduğunu xatırladan Kallas qarşılıqlı güzəştlərin vacibliyini bildirib: "Qarşılığında heç nə əldə etmədən hər hansı addım atmamağımızı ümid edirəm".