Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinə ev sahibliyi etməsini Avropa ilə siyasi dialoqunun genişləndirilməsi və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm diplomatik hadisə kimi dəyərləndirmək olar. Bu qərar, eyni zamanda, Azərbaycanın Avropa siyasi məkanında artan rolunun və regional proseslərdə fəal iştirakının göstəricisidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.O deyib ki, ən vacib məqamlardan biri Azərbaycanın ASB çərçivəsində öz milli maraqlarından irəli gələn strateji prioritetləri və regional təşəbbüsləri birbaşa Avropa liderlərinin diqqətinə çatdırmaq imkanı əldə etməsidir. Prezident İlham Əliyevin bu platformanın zirvə görüşlərində iştirakı, çıxışları və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinə dair mövqeyinin, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrin, eləcə də regional əməkdaşlıq təşəbbüslərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2028-ci ildə Bakıda keçiriləcək sammit isə bu dialoqun daha geniş miqyasda və daha konkret nəticələrə hesablanmış şəkildə davam etdirilməsi üçün əlavə imkanlar yaradacaq. “Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı və mühüm tranzit ölkəsi deyil. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunması, Orta Dəhlizin inkişafı, Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından əhəmiyyətli tərəfdaşdır. Bu məsələlərin Avropa liderləri ilə birbaşa müzakirəsi Azərbaycanın strateji əhəmiyyətini daha dolğun şəkildə təqdim etməyə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə şərait yaradacaq”, - deyə o qeyd edib.E.Ənvəroğlunun fikrincə, Bakı sammitinin digər mühüm üstünlüyü ikitərəfli diplomatik təmasların genişləndirilməsi olacaq. Belə tədbirlər dövlət və hökumət başçılarına formal çıxışlarla məhdudlaşmayan, birbaşa siyasi dialoq və konkret məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanı verir. Eyni zamanda, ölkəmizin regional prioritetlərinin Avropa siyasi gündəliyində daha geniş yer almasına nail olmaq mümkündür. “Azərbaycanın xarici siyasətini yalnız Avropa istiqaməti ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki Azərbaycan vahid blok tərkibində xarici siyasət yürütmür, əksinə, ölkəmizin beynəlxalq gündəliyi daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, MDB məkanı, İslam dünyası və digər regionlarla əlaqələrin inkişafı Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm istiqamətləridir. Son illərdə bu coğrafiyalarda əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak, rəhbər mövqelərin əldə edilməsi və böyük beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanın diplomatik fəaliyyətinin miqyasını əhəmiyyətli dərəcədə artırır. ASB sammitinə ev sahibliyi etmək Azərbaycanın çoxvektorlu xarici siyasətinə yeni imkanlar qazandıra bilər”, - deyə politoloq vurğulayıb.
Bu gün
2855 xəbər bu gün
Əlcəzairli boksçu İman Xəlif Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan sonra yenidən rinqə çıxmağa hazırlaşır. Müxtəlif mübahisələrin və transgender olması barədə iddiaların mərkəzində olan idmançı…
“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azalıb. Şirkətin 10 aylıq birja dövriyyəsi 26 milyard 490,9…
"Bu günləri hakimlərin əməkhaqqı məsələsinin təcili olaraq həll olunması vacibdir. Biz dövlət qulluqçularının əməkhaqqını artırmışıq və bu, doğru alınan qərardır. Amma hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən…
Son günlər paytaxtda və bölgələrdə müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olur. Külək nəticəsində ağacların aşması, müxtəlif əşyaların avtomobillərin üzərinə düşməsi və nəqliyyat vasitələrinə ziyan dəyməsi…
Qara dənizdə, Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib. Bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə,...
“Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində…
Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.
"Gələn ildən etibarən "Vergi Məcəlləsində" bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır".
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir. Nazirlər Kabineti bununla bağlı “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb…
"BETUL 8" yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb. Bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. Somali bayrağı altında üzən "BETUL 8" gəmisi 3…
Qusar rayonunda Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, IV…
Onkoloji xəstələrin müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanmasının vacibliyi dəfələrlə Milli Məclisdə səsləndirilsə də, məsələ hələ də həllini tapmayıb. Bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü…
Norveçin Akershus bölgəsinin Vestbü kommunasında yerləşən quşçuluq fermasında quş qripinin yayılması qeydə alınıb. Norveçin Qida Təhlükəsizliyi İdarəsinin məlumatına görə, bununla əlaqədar 13 min baş ev quşu məhv edilib…
Qanlı Gölün yeni həyatı: “Kristal” göl ətrafını müasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb…
Azərbaycan Respublikasının beynəlxalq gündəliyi kifayət qədər zəngindir. Ölkəmizdə təşkil olunan regional və beynəlxalq əhəmiyyətli tədbirlər və yüksək səviyyəli görüşlər getdikcə daha intensiv şəkildə bir-birini…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib…
Deputat Soltan Məmmədov autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic və digər neyroinkişaf pozuntuları olan uşaqların reabilitasiyası üçün əlavə maliyyə dəstəyinə ehtiyac olduğunu açıqlayıb. O qeyd edib ki, son…
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar. Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib. Bildirilib ki, ölkə təmsilçiləri…
“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azalıb. Şirkətin 10 aylıq birja dövriyyəsi 26 milyard 490,9…
“Cahan-Motors” MMC “Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddiaçı cavabdehdən 13 065 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 500 manatın, həmçinin…
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. “INMerge 2026” çərçivəsində…
Məşhur "Ulduz müharibələri" və "Ceyms Bond" filmlərindəki rolları ilə tanınan britaniyalı kino veteranı Tina Simmonsun evində cəsədi aşkarlanıb. Məşhur aktrisanın vəfatı ilə bağlı ən son məlumatlar.
Qusar rayonunda 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri davam etdirilir.Bu barədə Oxu24.com-a Azərbaycan Avtomobil Yolları Dövlət…
Sosial şəbəkələrdə yayılan məlumata görə, “Bolt” sürücüsü hava limanına taksi sifariş edən sərnişindən gedişi ləğv etməsini istəyib. Sürücü gediş haqqının 10 manat olduğunu öyrəndikdən sonra hava limanından sərnişinsiz…
Son illərdə ailə modelində baş verən dəyişikliklər, şəxsi karyera və maddi rifahın ön plana keçməsi bəzi cütlüklərin övlad sahibi olmaq qərarını təxirə salmasına səbəb olur. Ailə quranların bir qismi əvvəlcə iqtisadi…
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və…
Azərbaycanda dekabrın 16-da müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar keçiriləcək. Bu barədə torpaq müsabiqə və hərraclarının…
Avropa İttifaqı bloqer və hərbi şərhçi Yuri Podolyakaya və "Vremya" xəbər proqramının aparıcısı Vitali Yeliseyevə qarşı sanksiya tətbiq edib. Bu barədə Avropa İttifaqı Şurasının noyabrın 16-da dərc…
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub.
“Rabitəbank” ASC-yə məxsus “Capital Partners İnvestisiya Şirkəti” QSC 2026-cı ildə nizamnamə kapitalını 200 min manat və ya 50% artıraraq 600 min manata çatdırıb. Bundan əvvəl, iyunun 22-də kapital 400 min manatdan 500…
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. Minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır.
Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə…
Almaniya Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə dəstəyini davam etdirəcək. Bu barədə Albaniya və Almaniya arasında keçirilən diplomatik məsləhətləşmələrin 6-cı raundunda bildirilib. Görüşdə Albaniyanın Aİ-yə…
Bakıda "Milli Məşğulluq Forumu" çərçivəsində "Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" adlı panel sessiya keçirilib. Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirliyinin İşçi Qüvvəsinin…
Azərbaycan və Türkiyə işğaldan azad edilmiş Cəbrayıl rayonunda Beynəlxalq Meşə Təlim Mərkəzi və tinglik sahəsi yaradıb. "Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə…
Azərbaycan Güləş Federasiyası (AGF) ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb. Bu barədə AGF-dən məlumat verilib. AGF-nin baş katibi Pərvin Piriyev sözügedən ölkədə işgüzar səfərdə olub. Səfərin əsas məqsədi…
Qusar rayonunda 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən…
"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin əsas qadın komandası və U-16 qızlardan ibarət komandasının futbolçu və məşqçi heyətinin iştirakı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Paytaxt…
Bakı, 15 noyabr, AZƏRTAC Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev noyabrın 4–dən 14-dək ABŞ-də işgüzar səfərdə olub.AGF-dən AZƏRTAC-a verilən məlumata görə, səfərin əsas məqsədi güləşin inkişafı…
Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinə ev sahibliyi etməsini Avropa ilə siyasi dialoqunun genişləndirilməsi və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi…
Lənkəran, 16 noyabr, AZƏRTAC Lənkəran şəhərində, Liman və rayonun bir sıra yaşayış məntəqələrində abadlıq, yenidənqurma və yaşıllaşdırma tədbirləri həyata keçirilir. Küçələr asfaltlanır, parklar və binalar yenilənir…
Bakı, 16 noyabr, AZƏRTAC Qusar rayonunda Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)…
Antalya, 16 noyabr, AZƏRTAC Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində noyabrın 16-də “Azərbaycan Jurnalistlər Şəbəkəsi”…
Bakı, 16 noyabr, AZƏRTAC Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyinin tətbiqi, eləcə də vergi inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət…
Bakı, 16 noyabr, AZƏRTAC Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən "Milli Məşğulluq Forumu 2026" çərçivəsində "Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" adlı panel sessiya keçirilib…