Bakı, 16 noyabr, AZƏRTAC Novxanı-Pirşağı yolunun (Sahil küçəsi) müəyyən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 537 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri istiqamətində təşkil olunub.Təmir işləri başa çatanadək marşrut üzrə avtobuslar qeyd olunan alternativ hərəkət sxemi ilə xidmət göstərəcək.