“Comex” ticarət platformasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl füçerslərinin qiyməti 2025-ci ilin 2 oktyabr tarixindən bəri ilk dəfə bir trua unsiyası üçün 3 850 dollar həddindən aşağı düşüb.
Bu, birjanın ticarət göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 09:55-ə olan məlumata əsasən, qızılın dəyəri 1.15% azalaraq bir trua unsiyası üçün 3 841.5 dollara enib. Saat 10:03-ə doğru isə ucuzlaşma tempi yavaşlayıb və bir unsiya qızılın qiyməti 3 844.2 dollar (-1.08%) təşkil edib.