Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində "Starshield" hərbi peyk rabitə sisteminin fəaliyyəti ilə bağlı bəyanatla çıxış edib.
O, bu barədə özünün "Telegram" kanalında açıqlama verib.
Ölkələ lideri Ukraynanın infrastrukturunda Rusiya Silahlı Qüvvələrinin zərbələrindən sonra yaranmış kritik vəziyyətlə əlaqədar ABŞ-dan və İlon Maskın "SpaceX" şirkətindən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
“Bütün məhdudiyyətlərin aradan qaldırılacağına ümid edirik. Qış ərəfəsində Ukraynanın enerji təminatı birbaşa bundan asılıdır. Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Prezident Ofisinin komandalarına Amerika tərəfi və "SpaceX" ilə mümkün qədər sıx əməkdaşlıq etmək tapşırılıb”, — deyə Zelenski yazıb.
Daha əvvəl Ukraynanın Starshield sisteminə tamhüquqlu çıxış imkanından yenidən məhrum edildiyi məlum olub. Məhdudiyyət bütün cəbhə xətti boyunca, eləcə də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan qondarma Donetsk və Luqansk xalq respublikalarının, Xerson və Zaporojye vilayətlərinin ərazilərində qüvvədədir.