Fransa millisinin baş məşqçisi Zinəddin Zidan noyabrın 15-də keçiriləcək Millətlər Liqasının son turunda Türkiyə yığmasına qarşı qarşıdakı matçın çətin keçəcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər evrir ki, bu barədə euro-football.ru məlumat yayıb.
Qarşılaşma Bordodakı “Matmyut Atlantik” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Türkiyə millisi beş oyunda qapısından 13 qol buraxaraq qrupdan çıxmaq şansını artıq itirib. Fransa isə 10 xal toplayaraq ikinci pillədə qərarlaşıb və şəxsi oyunların nəticəsinə görə İtaliyadan geri qalır.
“Türkiyə bizə çətinlik yaradacaq. Ehtiyatlı olmalıyıq. Birlikdə keçirdiyimiz vaxtın klub futbolu ilə müqayisədə məhdud olmasına baxmayaraq, oyunun bütün komponentləri və aspektləri üzrə inkişaf etməliyik”, – deyə Zidan mətbuat konfransında bildirib.
Dörddəbir finala vəsiqə qazanmaq üçün Fransa millisi Türkiyə yığmasına məğlub olmamalıdır. Zədəsini sağaldan hücumçu Kilian Mbappe də yenidən komandanın heyətinə qayıdır.
Əvvəlki turda Fransa millisi Milanda İtaliyaya 1:3 hesabı ilə uduzaraq Zidanın rəhbərliyi altında ilk məğlubiyyətini alıb. Bundan əvvəl, sentyabrın 25-də Fransa və Türkiyə Millətlər Liqası çərçivəsində üz-üzə gəliblər. Həmin oyunda fransızlar Mbappenin vurduğu qol sayəsində səfərdə 1:0 hesablı qələbə qazanıblar.