Bakıda fəaliyyət göstərən “Boranı” restoranının Neftçilər filialı ilə bağlı sosial şəbəkələrdə narazılıq doğuran iddia yayılıb.
Patrul.az-a istinadən, sosial şəbəkədə paylaşım edən vətəndaş restorana tək getdiyi üçün içəri buraxılmadığını iddia edib.
Şikayətçinin sözlərinə görə, restorana daxil olmaq istədikdə ona yalnız 3-4 nəfərlik qrupların qəbul edildiyi bildirilib. Nəticədə tək olduğu üçün restorana girişinə icazə verilməyib.
Məsələ ilə bağlı restoranın Neftçilər filialı ilə əlaqə saxladıq.
Özünü restoran rəhbərlərindən biri kimi təqdim edən Azər Cəfərov iddiaları qəti şəkildə təkzib edib. O bildirib ki, restorana gələn müştərilərin sayına dair heç bir məhdudiyyət yoxdur və müəssisəyə tək gələn şəxslərin də daxil olmasında problem yaşanmır.
Beləliklə, eyni hadisə ilə bağlı iki fərqli mövqe ortaya çıxıb. Bir tərəfdən müştəri 3-4 nəfərlik qrupla gəlmək şərtinin qoyulduğunu iddia edir, digər tərəfdən isə restoran rəhbərliyi belə bir qaydanın olmadığını bildirir.
Maraqlıdır, müştəriyə həqiqətən də belə bir şərt qoyulub, yoxsa hadisə zamanı anlaşılmazlıq yaşanıb?
Instagram paylaşımıinstagram.com/reel/DfxQdX4R_Cp/