Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza-bərpa işləri aparılacaq.
Dekabrın 1-dən İmişli rayonundakı suvarma kanallarının böyük hissəsinə suyun verilişi dayandırılacaq.
Təmirin iki ay davam edəcəyi bildirilir.
Qeyd edək ki, hidroqovşaq Mil-Muğan düzündə yerləşən bir neçə rayonun əkin sahələrinin suvarılmasında mühüm rol oynayır.