Saçlarının yarsı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi

Dünən Rusiya Prezidenti Vladimir Putinin əfv etdiyi məşhur bloqer Valeriya Çekalina (Lerçek) növbəti dəfə medianın gündəminə gəlib.

Lerçek həbsxanadan azad edildikdən sonra "İnstagram" hesabında izləyiciləri üçün diqqət çəkən paylaşım edib.

Çekalina etiraf edib ki, nə vaxtsa yenidən auditoriyası ilə ünsiyyət qura biləcəyinə ümidini itiribmiş. O, xərçəngdən müalicə almasına diqqət çəkərək kimyaterapiyanın orqanizminə vurduğu təsirləri də müzakirə edib. Bloqer süni saç taxmadan əvvəllər necə göründüyünü göstərib və arxivləşdirdiyi bir videonu paylaşıb.

"Bəli, səhərlər belə görünürəm. Çünki evdə parik taxmıram, amma yenə də İnstaqram hekayələrimdə bunu belə göstərməkdən utanıram", - deyə bloqçu bildirib.

O, videonun ikinci dəfə kimyaterapiya alan zaman çəkdiyini yazıb. Çekalinanın saçları darananda topa-topa tökülürmüş. Məşhur onu da əlavə edib ki, bu barədə narahat deyil. O qeyd edib ki, saç diş deyil, yenidən uzanacaq.

Xatırladaq ki, Çekalina qanunsuz valyuta əməliyyatları işi üzrə ittiham olunub. Ona 2026-cı ilin yazında metastazlarla müşayiət olunan dördüncü mərhələ mədə xərçəngi diaqnozu qoyulmuşdu. Bloqerin xəstəliyi dördüncü uşağının dünyaya gəlməsindən qısa müddət sonra üzə çıxıb. Cinayət işi məhz ağır xəstəlik səbəbindən mart ayında dayandırıldı və məşhura ev dustaqlığı verildi. Ona müəyyən fəaliyyətlərlə bağlı qadağa da qoyulmuşdu. Lakin yayda bir neçə kimyaterapiya kursundan sonra məhkəmə prosesi yenidən başladı. 31 iyulda Moskvanın Qaqarinski Məhkəməsi Lerçeki beş il şərti azadlıqdan məhrum etmə və təxminən 763 milyon rubl cərimə cəzasına məhkum etdi. Bloger qərardan apelyasiya şikayəti versə də, 5 noyabrda Moskva Şəhər Məhkəməsi hökmü tam şəkildə qüvvədə saxladı.

Lerçek qanunsuz valyuta əməliyyatları işi üzrə hökmün qüvvəyə minməsindən sonra Rusiya prezidenti Vladimir Putinə əfv üçün müraciət etmişdi.