Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşları olan daha bir gəmi vuruldu -VİDEO

Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib.

Hadisə noyabrın 15-nə keçən gecə Rumıniya sahillərində, Sulina limanının yaxınlığında baş verib.

PUA zərbəsi endirilən gəmidə ümumilikdə 14 ekipaj üzvü, o cümlədən bir Türkiyə vətəndaşı olub.

Xəsarət alan yoxdur.

Ekipaj təxliyə olunmağı gözləyir.