Tərəflər böyük kompromislərə getməli olacaqlar - Fitso

Avropanın Ukraynadakı münaqişə ilə bağlı niyyəti AB-nin Dublində keçirilən qeyri-rəsmi sammitində münaqişənin nizamlanması üzrə danışıqlara qoşulmaq barədə qərarından sonra aydınlaşacaq.

Bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Onun sözlərinə görə, hazırda Avropa Birliyi Şurası, Avropa Komissiyası və Ukraynaya ən böyük dəstəyi göstərən Böyük Britaniya, Fransa, Almaniya, Polşa və İtaliyanın həqiqətən sülhə nail olmaq istəyib-istəmədiyi bəlli olacaq.

Fitso qeyd edib ki, sülhə nail olmaq üçün danışıqlarda iştirak edən bütün tərəflər böyük kompromislərə getməli olacaqlar. Əks halda, onun fikrincə, Rusiyanı zəiflətmək məqsədilə Ukraynanın sonuncu əsgərinədək müharibəni davam etdirməsi strategiyası həyata keçiriləcək.

Baş nazir vurğulayıb ki, Dublində keçirilən AB liderlərinin qeyri-rəsmi sammitində Avropanın danışıqlarda iştirakını dəstəkləyib. Lakin o, bunun yalnız məqsədin müharibəni davam etdirmək deyil, sülhə nail olmaq olduğu halda mümkünlüyünü vurğulayıb.