Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.

Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.

Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

O, fərdi proqramda 54,850 xalla 6-cı pilləni tutaraq həlledici raunda vəsiqə qazanıb.