Zelenskini "nankor" adlandırdı

ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə münasibətlərini xatırlayaraq onu "inadkar" və "nankor" adlandırıb.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

"Mənə söz ver, Amerika" adlı yeni xatirələrində keçmiş prezident Ağ Evdəki dörd ilini xatırlayıb: qanunvericilik gündəliyi və COVID-19-a qarşı reaksiyası, Əfqanıstan, Ukrayna və İsraillə bağlı xarici siyasət qərarları və 2024-cü ildə yenidən seçkilərə qatılmaq və nəticədə yarışdan çıxmaq qərarı.

Bayden Zelenskini ikili qiymətləndirib, hərbi lider kimi güclü tərəflərini etiraf edib, lakin qapalı danışıqlarda davranışını tənqid edib.

Keçmiş ABŞ prezidenti ukraynalı həmkarını narazı və inadkar adlandırıb. O vurğulayıb ki, Zelenski Vaşinqtonun köməyinə görə minnətdar olmayıb.