Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Rusiya dekabr ayında ABŞ-da keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etmək üçün nümayəndə heyətinin formalaşdırılmasına başlayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin G20 və APEC məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev bildirib.

Diplomat Moskvanın sammitə fəal şəkildə hazırlaşdığını qeyd edib. Nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi barədə isə rəsmi açıqlamanın veriləcəyini deyib.

Qeyd edək ki, G20 liderlərinin sammiti dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək.