Braziliya millisinin əfsanəvi hücumçusu Romario Yaponiyaya qarşı yoldaşlıq oyununda 2-3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Karlo Ançelottini istefa verməyə çağırıb.
Romario bu barədə sosial mediada yazıb:
“Ançelotti, bəsdir! Çamadanlarını yığışdır və çıx get! Sən dünya futbolu tarixinin ən böyük məşqçilərindən birisən, amma bütün nailiyyətlərin klub səviyyəsində olub. Braziliya millisində hələ də bura nə üçün gəldiyini göstərməmisən. Artıq buna dözə bilmərik!
Məşqçiliyə davam etmək istəyirsiniz? Adınızı çıxardığınız klublara qayıdın. Çünki Braziliya millisi risk etməyə davam edə bilməz, ümid edirik ki, işlər birtəhər yoluna düşəcək.
İndi Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Səuda müraciət edirəm. Sən gəncsən, braziliyalısan və inanıram ki, futbolumuz üçün ən yaxşısını arzulayırsan. Qərar vermək üçün cəsarətinin olub-olmadığını göstərməyin vaxtı gəlib çatıb.
Lənət şeytana, Prezident! Ançelottini cəhənnəmə göndər!
Milli komandanın forması ilə oynaya bilmərik. Artıq çox rüsvayçılıq yaşamışıq və daha bir Dünya Kubokunu zibil qutusuna atmaq riskini götürə bilmərik.
Dünya Kubokunda məğlub olduqdan sonra ağlamaq üçün çox gec olacaq. İndi hərəkətə keçməliyik!”.