Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçirilir

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, Əməkdar artist Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirilib.

Hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, bu gün mərhum bəstəkarla Təzəpir məscidində vida mərasimi keçirləcəyi ilə bağlı xəbər vermişdik.

Bu xəbər ilə bağlı

Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçiriləcək