Səudiyyə Ərəbistanının dövlət naziri və Nazirlər Şurasının üzvü, şahzadə Turki ibn Məhəmməd ibn Fəhd Əl Səud işgüzar səfərlə Çeçenistana gedib.
Sfera.az bildirir ki, bu barədə respublikanın rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
Şahzadəni səfərdə Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Sami Məhəmməd A. Əl Sadhan müşayiət edib.
Kadırovun sözlərinə görə, səfər proqramının ilk dayanacağı Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan yeni yaşayış massivi olub. Yüksək səviyyəli qonaq üçün ərazidə ekskursiya təşkil edilib, tikinti işlərinin gedişi barədə məlumat verilib və gələcək obyektlərin layihələri təqdim olunub.
Kadırov qonaqların gördüklərindən xoş təəssürat aldıqlarını bildirib.