Bakıda tələbə qız yataqxanada ölü tapılıb

Noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:

“Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.

Faktla bağlı araşdırma aparılır.