Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video

Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edib.

Redaktor.az-ın “Xəzər TV”yə istinadən xəbərinə görə, Cəlal Axundov deyib ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb.

Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb.

Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsinə isə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

Daha ətraflı videomaterialda: