Zaqatala rayonu Birinci Tala kəndindən olan şəhid Telman Yunusovun atası Cuma Yunusov bu gün vəfat edib.
Cuma və Nazlı Yunusovlar 4 övlad böyüdüb, tərbiyə verib.
Onların 7 nəvə və 2 nəticəsi var. Ailənin övladı Telman Yunusov Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Ailə başçısı, Cuma Yunusov uzun illər dövlət və ictimai işlərdə çalışıb, nüfuzlu ağsaqqal kimi el-obada xüsusi hörməti olub.
Qeyd edək ki, Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbi də Cuma Yunusovun şəhid oğlu Telman Yunusovun adını daşıyır.
Tural Rasimoğlu, Bizim.Media