Azərbaycanın qadın basketbol millisi İrlandiyaya məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Yığma A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edib.

Milli Gimnastika Arenasındakı baş tutan görüş rəqibin 91:73 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, Azərbaycan komandası qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.