Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.