Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin atəşkəsin əldə olunmasını dəstəkləmədiyini bildirib.
Bu barədə Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqların nəticələrinə dair jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kiyev enerji infrastrukturuna zərbələrin dayandırılmasını təklif edib:
"Moskva bu təşəbbüsə müsbət yanaşmayıb. Əbu-Dabidəki görüşdə Rusiya nümayəndə heyəti məsələ ilə bağlı qərar vermək səlahiyyətinin olmadığını söyləyib. Digər atəşkəs təklifləri də ətraflı müzakirə olunmayıb. Rusiya nümayəndələri bu məsələnin Putinlə müzakirə edilməli olduğunu bildiriblər. Ukrayna tərəfi iki ölkə liderinin görüşünü təşkil etməyi təklif edib".