Füzulidə toydan qayıdarkən həlak olan müəllim və şagirdlərinin son fotoları

Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan müəllim Seymur İsmayılov, şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadənin ölümlərindən əvvəlki son görüntüləri əldə edilib.

Oxu.Az onların toy zamanı birgə çəkdirdikləri son fotolarını təqdim edir:

Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən, “Opel” markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.

S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən “Opel” markalı avtomobilin sürücüsü Seymur İsmayılov müəllim imiş. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Noyabrın 13-ü saat 23 radələrində Füzulinin Böyük Bəhmənli kəndində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

Bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104″ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.